Punhan İmam`s Blog
Ölülər…

Posts Tagged ‘N saylı

Martın 29-da ölmüş əsgərlərdən biri Məmməd Abbasovun valideyinlərindən şok açıqlamalar-Video

Aprel 9, 2012

Bildiyiniz kimi 2012-ci il martın 29-da Müdafiə Nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələn cinayət hadisəsi baş vermişdi.Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib,iki  əsgəri yaralayıb ,sonra isə özünü öldürmüşdü.

Orduda itkilər davam edir…

Mart 31, 2012

Lazım gələrsə torpaqlarımızı hərbi yolla azad edə biləcək Azərbaycan ordusu…Bu nağılları Aztv-nin sayəsində demək olar ki hər gün eşidirik.Azərbaycan ordusunun bugünkü vəziyyəti göz qabağındadı.Əsgər ölümləri,bu ölümlərə səbəb  olan təhqir olunmalar,mənəvi alçaltmalar,zoraçılıqlar gündən-günə çoxalır.2011-ci il ərzində orduda 100-ə yaxın itki oldu.Müdafiə nazirliyi bu itkiləri müxtəlif bəhanələrlə,gülməli səbəblərlə əsaslandırmağa çalışdı.Amma,onların səbəblərinə,bəhanələrinə özlərindən başqa heç kim inanmır.