Punhan İmam`s Blog
Ölülər…

Posts Tagged ‘əsgər

Xoşbaxlıx

Avqust 8, 2012

Biz çox xoşbəxt xalqıq.İllərdir xoşbəxt yaşayırıq.İlk  dəfə xoşbəxt olmağa  69-cu ildən başladıq  vəxeyli müddət  xoşbəxt  yaşadıq.Sonra  92-93 –cü illərdə  xoşbəxtliyimizi əlimizdən almağ  istədilər,amma alınmadı,yenidən xoşbəxt yaşamağa başladıq.Xoşbəxtliyimiz  bu  gün də davam edir.Niyə də  xoşbəxt olmuyaq ki.Xoşbəxt  olmağımız üçün xeyli  səbəblərimiz var. Biz xoşbəxt  olmalıyıq ,çünki təhsilin səviyyəsi ildən ilə  aşağı düşür,ixtisas qruplarında keçid balı  150-yə  […]

Ölən əsgərlərdən biri Abbasov Məmmədin atasının dedikləri

Aprel 1, 2012

Bildiyiniz kimi 2012-ci il martın 29-da Müdafiə Nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələn cinayət hadisəsi baş vermişdi.Ə sgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib,sonra isə özünü öldürüb.Silah avtomatik rejimdə olduğundan  yaxınlıqdakı əsgərlər-Teymur Təmirov və Babək İbişov da yaralanıb.

Orduda itkilər davam edir…

Mart 31, 2012

Lazım gələrsə torpaqlarımızı hərbi yolla azad edə biləcək Azərbaycan ordusu…Bu nağılları Aztv-nin sayəsində demək olar ki hər gün eşidirik.Azərbaycan ordusunun bugünkü vəziyyəti göz qabağındadı.Əsgər ölümləri,bu ölümlərə səbəb  olan təhqir olunmalar,mənəvi alçaltmalar,zoraçılıqlar gündən-günə çoxalır.2011-ci il ərzində orduda 100-ə yaxın itki oldu.Müdafiə nazirliyi bu itkiləri müxtəlif bəhanələrlə,gülməli səbəblərlə əsaslandırmağa çalışdı.Amma,onların səbəblərinə,bəhanələrinə özlərindən başqa heç kim inanmır.