Punhan İmam`s Blog
Ölülər…

Sen
26

   Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhərimizə gətirilən möhtəşəm  köşklər artıq paytaxt küçələrində quraşdırılır.Təzə köşklər əvvəlkilərdən həm görünüşünə görə,həm də böyüklüyünə görə fərqlənir.Sahəsi 12 kvadratmetr olan köşklərdə ancaq qəzet,jurnal deyil .digər məhsullar da satılacaq.Yeni köşklər xaricdə istehsal olunub və ilin axırına kimi sayı 50-yə çatdırılacaq.Başa düşmək olar.Gələn il “Eurovision” musiqi yarışması Bakıda keçiriləcək axı.Yəqin ki,köhnə köşklər şəhərin yeni yaradılan dizaynına uyğun gəlmir.Ona gorə də,yoldaş Abutalıbov cənabları şəhərin mərkəzi küçələrinə təzə köşklər qoydurtdurur.

Köşlərdə qəzet satışı üçün  çox məhdud yer ayrılıb.Çox güman ki,bir müddət keçdikdən sonra  ticarətçilər yeni köşklərin əsas gəlir mənbəyinin qəzet satışı olmadığı üçün qəzetlərin vitrində artıq yer tutmasına razı olmayacaqlar.Köhnə köşklərin yığışdırılması Azərbaycanda azad mətbuatın durumunu bir az da ağırlaşdıracaq.Çünki ölkəmizdə qəzetlərin gəliri əsasən qəzet satışı hesabına formalaşır.Reklam gəlirləri yox dərəcəsindədir. Bu yazının qalanını oxu »

Sen
25

Dərs başlayan gündən Bakı Dövlət Universitetində oxuyan bütün tələbələrin günü qara olub.Universitetin əsas giriş qapısının ətrafı list dəmirlərlə hörülüb.Deyirlər tikinti işi gedir.Yoldaş Tağı müəllim universitetin həyətinə metro çıxışı açmaq fikrinə düşüb.Tələbələrin alternativ qapıya irəliləməsi üçün isə dar bir cığır ayrılıb.Bütün tələbələr o dar deşikdən keçməyə məhkumdurlar.Günorta orda bir basabas yaranır ki gəl görəsən.Bir-birinin ayağını tapdalayan kim,bir-birinin belinə çıxan kim.Adam günün altında pomidor qızaran kimi qızarır.Dərsdən çıxanlar aclıqdan ,susuzluqdan haldan düşmüş,dərsə gedənlər isə əsəbi halda(Başa düşmək olar.Dərsə gecikirlər axı.Universitetin tədris prosesində heç nə düzgün olmasa da qayblar vaxtı vaxtında ,tez-bazar yazılır.) bu basabasla yavaş-yavaş irəliləyirlər.Bu basabasdan istifadə edib qız tutmaq istəyəm qaqaşlar da ki öz yerində.Bütün tələbələrin üzündən zəhrimar yağır.Bəs niyə səsimizi çıxarmırıq?Kimdən və nədən qorxuruq?Əslində bu tələbələrin işi yox,universitetin Tələbə Həmkarlar İttifaqının,Tələbə Gənclər Təşkilatının işidir.Bu təşkilatlar boş-boş işlərlə məşğul olmaqdansa bu barədə universitet rəhbərliyinin qarşısında məsələ qaldırsalar yaxşı olardı. Bu yazının qalanını oxu »

Apr
22

Like please!Sizi bilmirəm mən artıq bu “like please”nin əlindən bezmişəm.Peşman olursan sosial şəbəkələrə qoşulmağa.Hərə bir link göndərir ki,bu səhifəni like elə.Xətrinə dəyməmək üçün məcburən like eliyirsən.Bəzən öz profilinin linkini də göndərənlər olur .Xaiş edirəm mənim statusumu like elə.Status yazmısan lap yaxşı.Kor deyiləm hər halda görmüşəm.Xoşuma gəlsə like eliyərdim.Like eləməmişəmsə deməli xoşuma gəlməyib .Niyə üz vurursuz axı.Nə isə nə başınızı ağrıdım zara gəlmişəm like dilənçilərinin əlindən.Bəzən küçədə dilənən dilənçilərə sual verirdim ki,niyə dilənirsiz?Müxtəlif cavablar alırdım.Kimisi deyirdi sosial durumum yaxşı deyil,kimisi deyirdi uşağım xəstədir,pul lazımdır.Hətta məzə üçün dilənirəm deyənlər də olub.Like dilənçilərinə də eyni sualə ünvanlayıram.Niyə dilənirsiz?Amma cavab verə bilmirlər.

Bir neçə gün qabaq virtual dostlarımdan biri(adı lazım deyil baş hərfi otuz iki hərfdən biri) bir link göndərib ki,bu səhifəni like elə,paylaş və  bu linki 10 dostuna da göndər.Səhifəni açdım.Həmin xanımın Aygün Kazımovanın fanatı olduğu məlum oldu.Onun xaişini yerinə yetirmədim.Çünki,Aygün xanımın fanatı deyiləm.Dostuma belə bir cavab yazdım:Aygün xanımın fanatısan.Lap yaxşı.Onun adına səhifə aşmısan .O da lap yaxşı .Səhifəni yayımla onun fanatları like eliyəcəklər .Məni bu səhifəni like eləməyə niyə məcbur eliyirsən. Cavab gəlmədi.Deyəsən dostum məndən incidi.Özü bilər…

Yazını yazıb facebookda paylaşacam.Oxuyun birdə mənə link göndərməyin.Heç like də eləməyin…

Mar
13

Dünyaya  ağlayaraq  gələn,  lakin  sevinclə  qarşılanan  bir körpə,  yeni bir sakin.  Kim  bilirdi ki, onu  sonrakı  həyatında  nələr  gözləyir ?  Kimlərin  həyatına gəldiyini,  valideyinlərin  necə  insan  olduğunu  bilməyən  günahsız,  adı  hələ qoyulmamış  bir körpə  idi  “O”.

Onun  da  haqqı  vardı  yaşamağa,  yaratmaq  üçün.  O da  hər  kəs  kimi dünyanı  dərk etmək  istəyirdi,  olduğu  kimi.  Amma,  hansı  dünyanı ?

Kim  olacaqdı,  kimə  bənzəyəcəkdi ?   Bəlkə,  varlı bir insan,  ya da  yoxsul bir dilənçi  olacaqdı.  Bəlkə,  oğru olacaqdı,  kimlərinsə malına bais olan.

Bəlkə də… Bu yazının qalanını oxu »

Mar
12

Bayram oldu heç bilmirəm neyləyim

Bizim evdə dolu çuval da yoxdur

Düyü ilə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ gəlməz motalda yoxdur

Vaqifin bu şerini əbəs yerə xatirlamadım.Qarşıdan bayram gəlir.Adət ənənəmizə görə bayramqabağı hamı evinə bazarlıq edirvə bayram günü qazan qaynadir,bayram süfrəsi qurur.Ay,adət-ənənə çoxları bu gün sənə əməl edə bilmir axı.Günəmuzd və yaxud az maaşa işləyən,gündəlik çörək pulunu güclə çıxaran biçarə kasıblar neyləsin bəs?Sənə əməl eləməyə onların imkanı çatmır axı.Adət-ənənə,məndən incimə.Səni şərtı olaraq günahlandırdım.. Bu yazının qalanını oxu »

Mar
06

Atalar öz dövrlərində deyiblər “Tələsən təndirə düşər”.Amma bu atalar sözü bu gün keçmir.Düşməli yerlər təndirlərdən daha çoxdur.Şəhərdə hərüç kanalizasiya quyusundan birinin qapağı yoxdur.Kiminin maşını bu quyulara düşür kiminin uşağı.Bu problem isə hələdə öz həllini tapmır.Daha doğrusu problemi həll etməli olan məsul şəxslər üçün maraqlı deyil.Bir neçə ay bundan əvvəl facebookda belə bir status paylaşdım “TƏLƏSƏN KANALİZASİYA QUYUSUNA DÜŞƏR” Bu yazının qalanını oxu »

%d bloqqer bunu bəyənir: