Punhan İmam`s Blog
Ölülər…

Archive for the ‘Ümumi’ Category

Xoşbaxlıx

Avqust 8, 2012

Biz çox xoşbəxt xalqıq.İllərdir xoşbəxt yaşayırıq.İlk  dəfə xoşbəxt olmağa  69-cu ildən başladıq  vəxeyli müddət  xoşbəxt  yaşadıq.Sonra  92-93 –cü illərdə  xoşbəxtliyimizi əlimizdən almağ  istədilər,amma alınmadı,yenidən xoşbəxt yaşamağa başladıq.Xoşbəxtliyimiz  bu  gün də davam edir.Niyə də  xoşbəxt olmuyaq ki.Xoşbəxt  olmağımız üçün xeyli  səbəblərimiz var. Biz xoşbəxt  olmalıyıq ,çünki təhsilin səviyyəsi ildən ilə  aşağı düşür,ixtisas qruplarında keçid balı  150-yə  […]

Informasiya əldə etmək haqqında qanuna qanunsuz dəyişiklik

İyun 12, 2012

İyunun 12-də Milli Məclis İnformasiya əldə etmək haqqında qanuna dəyişiklik edib. Dəyişikliyə görə,informasiya bundan sonra o şərtlə veriləcək ki,həmin məlumat Azərbaycanın siyasi,iqdisadi və hərbi sahələrdə milli maraqlarına zidd olmasın. Qəbul edilən başqa bir düzəliş isə Kommersiya sirri haqqında  qanununa olub.Həmin dəyişikliyə görə,kommersiya şirkətini yaradanlar və onların şirkətdəki payları haqqında məlumatlar kommersiya  sirri  sayılacaq.Belə məlumatlar bundan […]

Martın 29-da ölmüş əsgərlərdən biri Məmməd Abbasovun valideyinlərindən şok açıqlamalar-Video

Aprel 9, 2012

Bildiyiniz kimi 2012-ci il martın 29-da Müdafiə Nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələn cinayət hadisəsi baş vermişdi.Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib,iki  əsgəri yaralayıb ,sonra isə özünü öldürmüşdü.

Bakı Şəhər İcra Hakimiyyətinin işçilərinin vəhşiliyi

Aprel 2, 2012

“Qış parkı”nın salınacağı bildirilən ərazidə evlərindən çıxmayan sakinləri İcra Hakimiyyətinin işçiləri aprelin 2-də zorla evindən çıxarıb. O ərazidə çəkiliş aparan jurnalistlərə də təzyiq edib.

Ölən əsgərlərdən biri Abbasov Məmmədin atasının dedikləri

Aprel 1, 2012

Bildiyiniz kimi 2012-ci il martın 29-da Müdafiə Nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələn cinayət hadisəsi baş vermişdi.Ə sgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib,sonra isə özünü öldürüb.Silah avtomatik rejimdə olduğundan  yaxınlıqdakı əsgərlər-Teymur Təmirov və Babək İbişov da yaralanıb.

Orduda itkilər davam edir…

Mart 31, 2012

Lazım gələrsə torpaqlarımızı hərbi yolla azad edə biləcək Azərbaycan ordusu…Bu nağılları Aztv-nin sayəsində demək olar ki hər gün eşidirik.Azərbaycan ordusunun bugünkü vəziyyəti göz qabağındadı.Əsgər ölümləri,bu ölümlərə səbəb  olan təhqir olunmalar,mənəvi alçaltmalar,zoraçılıqlar gündən-günə çoxalır.2011-ci il ərzində orduda 100-ə yaxın itki oldu.Müdafiə nazirliyi bu itkiləri müxtəlif bəhanələrlə,gülməli səbəblərlə əsaslandırmağa çalışdı.Amma,onların səbəblərinə,bəhanələrinə özlərindən başqa heç kim inanmır.

…Etirafyana…

Dekabr 17, 2011

…Deyirlər bu həftə etiraf həftəsidi.Bloqçuların bir neçəsi etiraf larını etdilər.Oxudum xoşuma gəldi.Və qərara gəldim ki, mən də etiraflarımı edim…Beləliklə ilk etirafım: -Etiraf edim ki,nəyisə etiraf edəndə utanıram… -Uşaqlıqda konfetin kağızını da yeyirdim:) -4 yaşım olanda şalvara batırmağı tərgitmişəm.O vaxtı pampers də yox idi,əziyyət çəkirdim.Onun üstündə mamam məni o qədər döyüb ki:)) – Qonşumuzda Nurəli adlı […]

Tuman monopoliyası

Dekabr 14, 2011

Ölkədən monopoliyanın hökm sürdüyü hamımıza məlumdur.Hər bir sahəyə cəmi bir nəfər nəzarət edir.Meydanda at oynadır.Sahələri öz aralarında elə bölüşdürüblər ki ,lap dədə  malı kimi.Kimin hünəri nədi onlar istehsal edən məhsuldan istehsal etsin və yaxud onlar ölkəyə gətirən məhsuldan və ya maldan gətirsin.Adamın atasını yandırarlar.O malı,məhsulu elə tamojnudaca zay eliyərlər. Yadınızdadısa bir dayı ölkəyə xaricdən banan […]

5+10+5=20

Noyabr 28, 2011

  Bu gün Tarif  Şurasının növbəti iclasında  məişət tullantılarının daşınması,isti su təchizatı qiymətlərinin qaldırılması ilə yanaşı  daha çox tələbə və təqaüdçülərin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətləri 20 qəpiyə qaldırıldı.Bu addım bu gün əhalinin sosial durumu ilə uyuşmur.Qiymətlərinin qaldırılması əhalinin onsuz da çətin olan sosial güzaranını bir qədər də çətinləşdirəcək.Görəsən qiymətlər niyə qalxdı.Təqaüdlərmi artdı,yoxsa maaşlarmı […]

Qadasını aldığım sovet dövrü

Noyabr 18, 2011

…70 il ərzində bu ideologiya millətin beyninə necə yeridildisə millət hələ də bu dövrün təsirindən çıxa bilmir.Biz sovet dövründə yağ,bal içində yaşayırdıq deyə dad edirlər.Kimi dindirirsən:qadasını alım o dövrün,heyif deyildi o dövr.Gül kimi yaşayırdıq,heç bir dərdimiz,sərimiz yox idi,nəyimizə lazımdı axı bu mənəvi azadlıq,təki qarnımız tox olsun bizə azadlıq zad lazım deyil,.Sovet dövründə hər şey başqa […]