Punhan İmam`s Blog
Ölülər…

Xoşbaxlıx


Biz çox xoşbəxt xalqıq.İllərdir xoşbəxt yaşayırıq.İlk  dəfə xoşbəxt olmağa  69-cu ildən başladıq  vəxeyli müddət  xoşbəxt  yaşadıq.Sonra  92-93 –cü illərdə  xoşbəxtliyimizi əlimizdən almağ  istədilər,amma alınmadı,yenidən xoşbəxt yaşamağa başladıq.Xoşbəxtliyimiz  bu  gün də davam edir.Niyə də  xoşbəxt olmuyaq ki.Xoşbəxt  olmağımız üçün xeyli  səbəblərimiz var.

Biz xoşbəxt  olmalıyıq ,çünki təhsilin səviyyəsi ildən ilə  aşağı düşür,ixtisas qruplarında keçid balı  150-yə  düşüb artıq.2-3 ildən sonra  0-a  enəcək  və hamı  orta  məktəbi  bitirib  qəbul  imtahani  vermədən  birbaşa  analoqu olmayan universitetlərimizə  daxil olacaq.

Biz xoşbəxt olmalıyıq,ona görə ki ,xalq  85  manat  maaşla  ayın sonuna  kimi necə  dolanacağını  fikirləşəndə   bir  gecəyə 60  min dollar  şot verib yeyib-içən oğlanlarımız var.

Biz xobəxt  olmalıyıq ki,hər  gün əsgər  ölür,öldürülür,orqanları  satılır,məhkəmələr  bu  cinayətləri  ört-basdır  edir.

Biz  xoşbəxt olmalıyıq ki,bizə  mitinq  üçün  şəhərdən xeyli  kənarda yer  verirlər  və  mitinq  günü  o  əraziyə gedən marşrutları dayandırırlar.Belə  olanda  şəhərin mərkəzində insanların istirahətinə  maneə   yaranmır və onlar xoşbəxt istirahət edirlər.

Biz  xoşbəxt  olmalıyıq  ki,rüşvətin olmadığı  ölkədə  rüşvət  verib  10  milyona iki  qızıl  medal almaq  fikrinə  düşə  bilirik.Və  sonra arsız-arsız  müsahibə  veririk ki,orda  ele  şey qeyri mümkündür.Zatən orda elə  şey mümkün olsaydı fırıldağınızın üstü açılmazdı.

Biz xoşbəxt oolmalıyıq ki,bizim  bütün Avropanı  lərzəyə  gətirən,ordakı  problemləri  işıqlandıran,Avropadakı hökümətləri   istefaya göndərə biləcək  gücü  olan  Aztv kimi  dövlət  televiziyamız  var.

Biz  xoşbəxt  olmalıyıq ki,bizim ölkədə  jurnalistər  peşə  fəaliyyətinə görə təqib edilir,şantaj  edilir,öldürülür.Dini  baxışına görə  adam öldürülür.

 Biz xoşbəxt  olmalıyıq ,ona görə ki,bizim hüquqlarımız-təhsil,seçki.mülkiyyət,ədalətli  mühakimə  olunma və.s. dövlət  tərfindən qorunur.Universitetlərdən qovuluruq,evimiz başımıza uçurdulur,şərlənərək  həbsə  atılırıq.

Biz   xoşbəxt  olmalıyıq ki,bizim   ölkədə  demokratik  və  şəffaf seçki  keçirilir,hər  şey göz  qabağında  olur,kimi  istəyirlər  onu  seçirlər.

Biz  xoşbəxt olmalıyıq  ki,20  ildir əsr  düşən qız  gəlinlərimiz  zorlanarkən,   güləşçimiz erməni  güləşçiyə uduzduğuna görə  beynimizi  zorlayan insancıqlarımız var.

Çox uzatmaq  istəmirəm,xoşbəxt olmağımız  üçün xeyli səbəb yaza  bilərəm.Bu  gedişlə  biz hələ  xeyli müddət  xoşbəxt  yaşayacağıq.

Cavab yoxdur to “Xoşbaxlıx”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: