Punhan İmam`s Blog
Ölülər…

Informasiya əldə etmək haqqında qanuna qanunsuz dəyişiklik


İyunun 12-də Milli Məclis İnformasiya əldə etmək haqqında qanuna dəyişiklik edib. Dəyişikliyə görə,informasiya bundan sonra o şərtlə veriləcək ki,həmin məlumat Azərbaycanın siyasi,iqdisadi və hərbi sahələrdə milli maraqlarına zidd olmasın.

Qəbul edilən başqa bir düzəliş isə Kommersiya sirri haqqında  qanununa olub.Həmin dəyişikliyə görə,kommersiya şirkətini yaradanlar və onların şirkətdəki payları haqqında məlumatlar kommersiya  sirri  sayılacaq.Belə məlumatlar bundan sonra jurnalistərə,cəmiyyətə açıqlanmayacaq.

İnformasiya əldə etmək haqqında qanuna düzəliş layihəsini parlamentə təqdim edən deputat Əli Hüseynli parlamentdə müzakirə zamanı deyib ki,burda əsas məqsəd  hansısa məlumatların gizli saxlanılması deyil,jurnalistlərin informasiya əldə etmək hüququnun çərçivəsini daha dəqiq göstərməkdir.Bu dəyişiklik Avropa İnsan Haqları Konvensiyasının  10-cu maddəsinə taməmilə uyğundur.

Əslində isə məqsəd tamamilə  başqadır.Yayılması özləri üçün sərf etməyən informasiyaların sirr adı altında məhdudlaşdırılması və qadağan olunması.Orduda baş verən cinayət hadisələrinin hərbi sirr adı altında gizlədilməsi.

Əli müəllim deyib ki,bu dəyişiklik Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə tam uygundur.

Avropa İnsan Haqları Konvensiyası
Maddə 10
 Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir. Bu maddə radio, televiziya və ya kinomatoqrafiya idarələrinin  lisenziyalaşdırılmasında dövlətlərə mane olmur.

Gördüyünüz kimi Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində jurnalistin informasiya almaq hüququnu çərçivəyə salmaq yoxdur.Ona görə də bu dəyişiklik Konvensiyanın 10-cu maddəsinə,eləcə də Azərbaycan Respublikasının Konstitutsiyasının 50-ci maddəsinə və digər beynəlxalq Paktlara,Bəyamnamələrə   tamamilə ziddir.

Kommersiya sirri haqqında qanuna edilən dəyişikliyin məqsədi də tamamilə aydındır.Kommersiya şirkəti yaradan oliqarxlar bu dəyişiklikdən istifadə etməklə  şirkətdəki paylarını  və həmin  şirkətin sahibi olduqlarını cəmiyyətdən gizlədəcəklər.Və bubunla da Azərbaycanda monopoliyalaşma daha da sürətlənəcək,bütün şirkətlər bir neçə oliqarxın əlində cəmləşəcək.

Cavab yoxdur to “Informasiya əldə etmək haqqında qanuna qanunsuz dəyişiklik”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: