Punhan İmam`s Blog
Ölülər…

Ölən əsgərlərdən biri Abbasov Məmmədin atasının dedikləri


Bildiyiniz kimi 2012-ci il martın 29-da Müdafiə Nazirliyinin Tərtərdə yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələn cinayət hadisəsi baş vermişdi.Ə sgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib,sonra isə özünü öldürüb.Silah avtomatik rejimdə olduğundan  yaxınlıqdakı əsgərlər-Teymur Təmirov və Babək İbişov da yaralanıb.

Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin alt komitəsi-Atəşkəs Qurbanları  komitəsi adından ölən əsgərlərdən biri Abbasov Məmməd Abbas oğlunun ailəsinə baş sağlığı verməyə getdik  və baş vermiş hadisə ilə bağlı əsgərin atası Abbasov Abbasla və əmisi Abbasov Əhmədlə söhbət etdik.Ölmüş əsgərin atası Abbas Abbasovun dediklərini olduğu kimi təqdim edirəm:”Məmməd təxminən bir həftə əvvəl mənə zəng etdi.Mənə 100 manat pul göndər dedi.İmkansız olduğumdan pulu bir az gec göndərdim.Bir-iki gün sonra yenə zəng etdi.Nə isə lazım olub olmadığını soruşdum,hər şey qaydasındadır dedi.Məmmədin hərbi xidmət müddəti hadisə baş verən gündən 2 gün sonra bitirdi,o,aprelin 1-i evə qayıtmalı idi.Mənim göndərdiyim 100 manatı Məmməd öldürdüyü çavuş Həsənov Emil Qılman oğluna verib”.Sonra çavuşun Məmmədə əziyyət verdiyini vurğuladı.Məmmədə səngər qazdırıb,istirahət etməyə imkan verməyib.Məmməd bezərək çavuşu  avtomat silahdan atəş açaraq qətlə yetirib.Sonra kənardakı iki əsgər Məmmədin üstünə gəlib onu döyüblər.Məmməd o iki əsgərə də atəş açaraq  onları yaralayıb.

Əsgərin əmisi Abbasov Əhməd  sabah Tərtərə-hadisənin baş verdiyi hərbi hissəyə gedəcəyini bildirdi.Hadisə şahidlərindən hadisənin əsl səbəbini öyrənməyə çalışacağını dedi.Yeni nə isə öyrənsə  bizlə paylaşacaq.

Bir daha vurğulayım ki,Əsgər Abbasov Məmməd Abbas oğlunun  hərbim xidmət müddəti aprelin 1-i bitirdi və o evə qayıtmalı idi.

Cavab yoxdur to “Ölən əsgərlərdən biri Abbasov Məmmədin atasının dedikləri”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: