Punhan İmam`s Blog
Ölülər…

Orduda itkilər davam edir…


Lazım gələrsə torpaqlarımızı hərbi yolla azad edə biləcək Azərbaycan ordusu…Bu nağılları Aztv-nin sayəsində demək olar ki hər gün eşidirik.Azərbaycan ordusunun bugünkü vəziyyəti göz qabağındadı.Əsgər ölümləri,bu ölümlərə səbəb  olan təhqir olunmalar,mənəvi alçaltmalar,zoraçılıqlar gündən-günə çoxalır.2011-ci il ərzində orduda 100-ə yaxın itki oldu.Müdafiə nazirliyi bu itkiləri müxtəlif bəhanələrlə,gülməli səbəblərlə əsaslandırmağa çalışdı.Amma,onların səbəblərinə,bəhanələrinə özlərindən başqa heç kim inanmır.

2012-ci ilin geridə qalan hissəsi ərzində də orduda xeyli itki olub.

   “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 16 nəfər təşkil edib.

Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-si döyüş (2 nəfər erməni gülləsi), 14-ü isə qeyri-döyüş itkiləridir.

1 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma), 4 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 11-i Müdafiə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralıların və xəsarət alanların sayı 31 nəfər təşkil edib. Onların 5-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-i erməni gülləsindən, 2 nəfər mina partlayışından, 4-ü bətbəxt hadisədən (donvurma), 18-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 30 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 1 nəfər Ali Hərbi Məktəbin kursantı), 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

Bu statistika mart ayının 26-na qədər olan nəticədir.

2012-ci il martın 29-da orduda yenə cinayət hadisəsi baş verdi.Müdafiə nazirliyinin yaydığı məlumata görə:

    Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.Verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər də yaralanıb. Onların vəziyyəti kafidir. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Hadisə zamanı yaralanan əsgərlər – 19 yaşlı Teymur Təmirov və 20 yaşlı Babək İbişovdur. T. Təmirov Bakının Nizami, B. İbişov isə İmişli Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.
Baş vermiş silahlı insident zamanı dünyasını dəyişən əsgər Emil Həsənov Lənkəran, Məmməd Abbasov isə Bakının Nəsimi Rayon Hərbi komissarlıqlarından xidmətə çağırılıblar.

Bu hadisə nəticəsində Ölənlərin və yaralananların sayı artdı.Bu günə olan nəticə:ölənlərin sayı 18,yaralananların sayı isə 33 nəfər oldu.

Cavab yoxdur to “Orduda itkilər davam edir…”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: