Punhan İmam`s Blog
Ölülər…

…Etirafyana…


…Deyirlər bu həftə etiraf həftəsidi.Bloqçuların bir neçəsi etiraf larını etdilər.Oxudum xoşuma gəldi.Və qərara gəldim ki, mən də etiraflarımı edim…Beləliklə ilk etirafım:

-Etiraf edim ki,nəyisə etiraf edəndə utanıram…

-Uşaqlıqda konfetin kağızını da yeyirdim:)

-4 yaşım olanda şalvara batırmağı tərgitmişəm.O vaxtı pampers də yox idi,əziyyət çəkirdim.Onun üstündə mamam məni o qədər döyüb ki:))

– Qonşumuzda Nurəli adlı yekə bığı olan kişi var idi.Ondan it kimi qorxurdum.Buna görə,tək-tək hallarda küçəyə çıxırdım.Bir az böyüyəndən sonra artıq Nurəlidən qorxmurdum.Hətta,bir dəfə Nurəlinin var yoxuna söymüşdüm:)

-İndi böyüyün yekə kişi olmuşam,amma:))):

-Əsgərliyə getməkdən qorxuram…Amma ac qalmaqdan,soyuqdan donmaqdan ,hətta bit basmaqdan deyil,ordakı şərəfsizliklərdən qorxuram…

-Lazım gələndə vəziyyətdən çıxmaq üçün yalan danışıram…

-Yatanda ağzı açıq yatıram.Hətta bir dəfə ağzıma milçək də girib:)

-Qızlardan daha çox orta yaşlı qadınlara vuruluram…

-Qaranlığı sevirəm…

-Özümü hamıdan çox istəyirəm…

-Özümdən sonra ən çox istədiyim adam nənəmdi.Amma,ilk sevgilimi nənəmdən çox istəyirdim…

-Avtobusda və ya metroda  hörmət xatirinə qızlara.uşaqlı və yaşlı qadınlara,qocalara yer verirəm,amma ürəyimdə deyinirəm hardan gəldi bu mərdiməzar deyə:))

-Özümü dəhşətli dərəcədə xoşbəxt hiss eləmirəm…

-Qızlara bir dəfə patxod edirəm.Alındı alındı ,alınmadı vaz keçirəm…

-Məndən adam olmayacaq:))

-Hər gün özümə söz verirəm ki,pəhriz saxlayacam,amma,söz elə söz olaraq qalır.Özümdən asılı olmayaraq çox yeyirəm:)

-Mavi rəngi çox sevirəm.Hətta,buna görə , Xulya Sabirli məndən şübhələndiyini demişdi:)))

-Samir Əsədli etriraflarında yazmışdı ki,VHP-nin sədri olmağa hazırlaşır.Sən saydığını say  gör mən nə sayıram.Sənin torbanı tikib VHP-nin sədri özüm olacam:)

-Özümə söz vermişdim ki,məndən çox araq içən adamla rastlaşanda arağı tərgidəcəm.Etibar Salmanlı ilə tanış olandan sonra arağı tərgitdim:)))

-Seadet Abbaslını görəndə müsbət enerji alıram…

-Bərk əsəbləşəndə ya nəyisə vurub sındırmaqla,ya da ağlamaqla əsəblərimi soyuduram…

-Özümü hamıdan ağıllı hesab edirəm:))

Day bəsdi bütün paxırlarımı açdım:)

10 Cavab to “…Etirafyana…”

  1. Pünhan öldüm gülməkdən, heç kimin etiraflarına bu qədər gülməmişdim ))

  2. bir çox etirafnamələri oxudum ama etiraf görmədim.səthi etiraf etmisiniz.

  3. “-Samir Əsədli etriraflarında yazmışdı ki,VHP-nin sədri olmağa hazırlaşır.Sən saydığını say gör mən nə sayıram.Sənin torbanı tikib VHP-nin sədri özüm olacam:)” bax buna deyərəm etiraf :)) siz qırışın mən xəbər yazım 😀


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: