Punhan İmam`s Blog
Ölülər…

Tuman monopoliyası


Ölkədən monopoliyanın hökm sürdüyü hamımıza məlumdur.Hər bir sahəyə cəmi bir nəfər nəzarət edir.Meydanda at oynadır.Sahələri öz aralarında elə bölüşdürüblər ki ,lap dədə  malı kimi.Kimin hünəri nədi onlar istehsal edən məhsuldan istehsal etsin və yaxud onlar ölkəyə gətirən məhsuldan və ya maldan gətirsin.Adamın atasını yandırarlar.O malı,məhsulu elə tamojnudaca zay eliyərlər.

Yadınızdadısa bir dayı ölkəyə xaricdən banan gətirmək istəmişdi.Dedilər  ala sən kimsən bu ölkəyə banan gətirirsən hələ üstəlik satmaq da istəyirsən.Dayının bananını(türkün məsəli) tamojnuda saxlayıb elə çürütdülər ki, banan peyinə çevrildi. dayı dedi qələt eliyərəm mən birdə bura bir şey gətirib satmaq istəyərəm…Canını güc-bəla qurtardı…

…NƏ isə çox əngə vermiyim ,keçim əsas mətləbə…Yuxarıda yazdığım kimi hər şeyin monopolyasını eşitmişdim  bircə tumandan başqa…Bir az əvvəl marşrutla evə gəlirdim.avtobusa minib keçib axırdan ikinci oturacaqda əyləşdim .Arxada i ki  qaqaş əyləşmişdi.Deyəsən bazar uşaqları idilər.Söhbətlərindən belə başa düşdüm ki el arasinda “Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarında işləyirlər.Bir birindən hal-əhval tutdular,alverlərinin necə getdiyini soruşdular.Belə aydın oldu ki, qaqaşlardan biri tuman alveri ilə məşğuldu.O biri qaqaş dilləndi:alver necə gedir tumanda çörək var?

-əşşi tumanda nə çörək olacaq.Gedib alırıq üstünə 5-10 qəpik qoyub satırıq.

Qaqaş yenə dilləndi:Niyə gedib Kitaydan tuman gətirmirsən .Düzdü dözümsüz olsa da zato yaxşı pul qalır.

-Dərindən ah çəkib cavab verdi:Mən kiməm ki ,ölkəyə tuman gətirim.Adamın tumanını başına keçirdərlər.Sənin xəbərin yoxdu deyəsən vəziyyətdən…Tuman işinə yalnız bir nəfər baxır.Ondan başqa heç kim tuman istehsal edə və yaxud da ki,tuman gətirə bilməz.Biz də məzburuq onun gətirdiyi .istehsal etdiyi tumanları o dediyi qiymətə alıb  üstünə 5-10 qəpik qoyub satın çörək pulunu  qazanaq…

-Qaqaş:yox bilmirdim ,indi səndən eşitdim…

Düşməli olduğum dayanacağa çatdım ona görə də avtobusu tərk etməli oldum …Tak şto öyrənə bilmədim ki .tuman işinə kim baxır …

Bilən olsa  şərh yazsın:))))))))

2 Cavab to “Tuman monopoliyası”

  1. ala düşməli olduğum dayanacaq nədi ? Sona qədər gedib bilməliydin o kimdi,özün də jurnalist olacaqsan :\


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: