Punhan İmam`s Blog
Ölülər…

5+10+5=20


  Bu gün Tarif  Şurasının növbəti iclasında  məişət tullantılarının daşınması,isti su təchizatı qiymətlərinin qaldırılması ilə yanaşı  daha çox tələbə və təqaüdçülərin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətləri 20 qəpiyə qaldırıldı.Bu addım bu gün əhalinin sosial durumu ilə uyuşmur.Qiymətlərinin qaldırılması əhalinin onsuz da çətin olan sosial güzaranını bir qədər də çətinləşdirəcək.Görəsən qiymətlər niyə qalxdı.Təqaüdlərmi artdı,yoxsa maaşlarmı qalxdı…Bəs niyə qaldırdılar?…  Deyəsən qiymət artımını metro tikintisi və yeni avadanlıqların alınması ilə əlaqələndirirlər…Amma,mən bilən bütün bu xərclər heç də Metropolitenin gəlirləri hesabına həyata keçirilmir, bundan ötrü dövlət büdcəsindən vəsait ayrılır.

  Amma,bu dəfə bir az “insaflı” oldular.Bundan qabaq bir dəfəyə 10 qəpik qaldırmışdılar.Ona dözən beşə də dözər.Biz dözümlü xalqıq axı.Dözə-dözə gedirik,görək axırı necə olur.Axırı da deyirlər ya qəbirdi ,ya da sibir…

      Baku Metro Map © UrbanRail.Net

       …Bir sözlə tələbənin eşşəyi öldü… Səhər evdən çıxanda 2 manat verirdilər ki,get, babat idarə et də.Özün görürsən də vəziyyəti.İmkan yoxdu.2 manatın 30 qəpiyini metro kartına yüklüyürdük ki, bu gün gəlib gedək ,qalan 1.70 qəpiklə günü birtəhər yola verirdik.Bu gündən tələbənin onsuzda az büdcəsindən 10 qəpik də metro kartına yüklənəcək ki,Tağı Əhmədov         əziyyət çəkməsin,xərcləri rahatlıqla ödəsin…Tələbəyə nə var eee babat sürünəcək də .”Yataqxanası var ,qəşəy qəşəy qəşəy qəşəy stipendiya alır.Nəyi əskikdi ki…”

   Bir vaz əvvəl Facebook səhifəmi açdım.Dostlarımdan biri status yazmışdı:uuuuuuuuuuuuuRRRRRRRRRRRaaaaaaaaaaaaaaaaa …metronun qiyməti qalxdı.Ağlamalı da olsa gülməlidi.Nəyə sevinirsən qardaşım?Sabah sən də metrodan istifadə edəcəksən.Qiymətlərin qalxmasında sevinməli nə var…Bəlkə,pulun çoxdur?Əgər beləsə bir az da Tağı müəllimə pul ver…Axır vaxtlar əli yaman aşağıdır…

Cavab yoxdur to “5+10+5=20”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: