Punhan İmam`s Blog
Ölülər…

Qadasını aldığım sovet dövrü


…70 il ərzində bu ideologiya millətin beyninə necə yeridildisə millət hələ də bu dövrün təsirindən çıxa bilmir.Biz sovet dövründə yağ,bal içində yaşayırdıq deyə dad edirlər.Kimi dindirirsən:qadasını alım o dövrün,heyif deyildi o dövr.Gül kimi yaşayırdıq,heç bir dərdimiz,sərimiz yox idi,nəyimizə lazımdı axı bu mənəvi azadlıq,təki qarnımız tox olsun bizə azadlıq zad lazım deyil,.Sovet dövründə hər şey başqa cür idi.Toyuqlarımız gündə iki dəfə yumurtlayırdı,inəklərimiz ildə iki dəfə əkiz bala verirdi deyirlər.Bir qonşumuz var idi.Uşaqları şikəst doğulurdu.O, uşaqlarının şikəst doğulmasını bu dövrlə əlaqələndirdi.Yaxşı ki mən bu dövrdə doğulmamışam yoxsa anam məni də şikəst doğardı deyirdi.

   Bizimki budu da :ver yeyim, ört yatım.Qarnım  toxdusa deməli vəssalam,hər şey öz yerindədi,bir sözlə,NO PROBLEM…Müstəmləkə olaq,sovetin hambalı olaq,təki qarnımız doysun.Kolxozlaşaq,sovxozlaşaq fərqi yoxdur nə deyirlər eliyək. Bu qarın həmişə müsəlmanın başının bəlası olub da…

   Universitetlərdə dərs deyən  sovet dövründən qalma müəllimlər tələbələrə dərs əvəzinə yaltaqlığı,məddahlığı tədris edirlər .Girməyin yolarını,üsullarını necə lazımdı başa salırlar.Biz sovetin çörəyini yemişik,onu dansa adamın gözləri kor olar deyirlər.Toz basmış kitablarını,mühazirə mətnlərini qoltuqlayıb auditoriyaya gətirirlər.Elə bil bu cırıq kağızlardan Stalinin,Xruşovun,Qorbaçovun iyini alırlar.      

   SSRİ möhkəm və mütəşəkkil qurulmuşdusa,heç bir problem yox idisə,hər şey öz yerindəydisə bəs niyə dağıldı.Sovet respublikasının liderlərinin heykəllərinin başlarına tros salıb yıxıb küçələrdə sürüdülər.Bəs siz onların dövrlərində yaxşı yaşamışdız.Dərdiniz ,səriniz yox idişNiyə belə elədiz?Yoxsa bu növbəti ağaya yaltaqlanmağın ilk rüşeyimləridirmi?

  Bu zavallı məxluqlar başa düşmürlər ki,sovet bizim nə ala gözlərimizə ,nə də qara qaşlarımıza aşiq idi.”Xalqlar dostluğu” adı altında xalqları müstəmləkədə saxlayır, onların sərvətlərini talan eliyirdi.

   Bu gedişlə,yəqin ki,bu ideologiyanın beynimizdən silinməsi hələ uzun çəkəcək…

Cavab yoxdur to “Qadasını aldığım sovet dövrü”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: