Punhan İmam`s Blog
Ölülər…

Yeni köşklərin azad mətbuata vurduğu zərbə


   Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhərimizə gətirilən möhtəşəm  köşklər artıq paytaxt küçələrində quraşdırılır.Təzə köşklər əvvəlkilərdən həm görünüşünə görə,həm də böyüklüyünə görə fərqlənir.Sahəsi 12 kvadratmetr olan köşklərdə ancaq qəzet,jurnal deyil .digər məhsullar da satılacaq.Yeni köşklər xaricdə istehsal olunub və ilin axırına kimi sayı 50-yə çatdırılacaq.Başa düşmək olar.Gələn il “Eurovision” musiqi yarışması Bakıda keçiriləcək axı.Yəqin ki,köhnə köşklər şəhərin yeni yaradılan dizaynına uyğun gəlmir.Ona gorə də,yoldaş Abutalıbov cənabları şəhərin mərkəzi küçələrinə təzə köşklər qoydurtdurur.

Köşlərdə qəzet satışı üçün  çox məhdud yer ayrılıb.Çox güman ki,bir müddət keçdikdən sonra  ticarətçilər yeni köşklərin əsas gəlir mənbəyinin qəzet satışı olmadığı üçün qəzetlərin vitrində artıq yer tutmasına razı olmayacaqlar.Köhnə köşklərin yığışdırılması Azərbaycanda azad mətbuatın durumunu bir az da ağırlaşdıracaq.Çünki ölkəmizdə qəzetlərin gəliri əsasən qəzet satışı hesabına formalaşır.Reklam gəlirləri yox dərəcəsindədir.

Ümumiyyətlə son dövrlər Bakıda qəzet köklərinin azaldığını müşahidə edirik.Şəhərin bir çox yerlərində qəzet köşkü tapmaq mümkün olmur.Köşklər əsasən metrostansiyaların keçidlərində fəaliyyət göstərir.Paytaxtın mərkəzi küçələrində isə tək-tük yerdə köşk görmək olar.Bu da sözsüz ki,qəzetlərin satışına ,tirajına kəskin şəkildə mənfi təsir göstərir.

Cavab yoxdur to “Yeni köşklərin azad mətbuata vurduğu zərbə”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: