Punhan İmam`s Blog
Ölülər…

Dar cığıra məhkum edilmiş tələbə kütləsi


Dərs başlayan gündən Bakı Dövlət Universitetində oxuyan bütün tələbələrin günü qara olub.Universitetin əsas giriş qapısının ətrafı list dəmirlərlə hörülüb.Deyirlər tikinti işi gedir.Yoldaş Tağı müəllim universitetin həyətinə metro çıxışı açmaq fikrinə düşüb.Tələbələrin alternativ qapıya irəliləməsi üçün isə dar bir cığır ayrılıb.Bütün tələbələr o dar deşikdən keçməyə məhkumdurlar.Günorta orda bir basabas yaranır ki gəl görəsən.Bir-birinin ayağını tapdalayan kim,bir-birinin belinə çıxan kim.Adam günün altında pomidor qızaran kimi qızarır.Dərsdən çıxanlar aclıqdan ,susuzluqdan haldan düşmüş,dərsə gedənlər isə əsəbi halda(Başa düşmək olar.Dərsə gecikirlər axı.Universitetin tədris prosesində heç nə düzgün olmasa da qayblar vaxtı vaxtında ,tez-bazar yazılır.) bu basabasla yavaş-yavaş irəliləyirlər.Bu basabasdan istifadə edib qız tutmaq istəyəm qaqaşlar da ki öz yerində.Bütün tələbələrin üzündən zəhrimar yağır.Bəs niyə səsimizi çıxarmırıq?Kimdən və nədən qorxuruq?Əslində bu tələbələrin işi yox,universitetin Tələbə Həmkarlar İttifaqının,Tələbə Gənclər Təşkilatının işidir.Bu təşkilatlar boş-boş işlərlə məşğul olmaqdansa bu barədə universitet rəhbərliyinin qarşısında məsələ qaldırsalar yaxşı olardı.

Hamımız istəyirik universitetin həyətinə metro çıxışı açılsın.Yoldaş Tağı müəllimin bu əməyini də qiymətləndiririk.Amma bizə belə zülm verməyə heç kimin haqqı yoxdur.Tikinti prosesi yayda da başlaya bilərdi.Görünür bizim “uzaqgörən”(heç bir metr qabağı da görmürlər) iş icraçıları işlərini yaxşı bilirlər.Bu soxasoxda işləmək onlar üçün daha rahatdır.

Tikinti prosesi həmişə olduğu kimi yəqin ki ,yenə də uzun çəkəcək.Bir dəfə tikəcəklər,sonra görəcəklər bir şeyə yaramadı,söküb yenidən tikəcəklər.bir sözlə,ölmə tələbə ölmə hazır olanda çıxarsan…Ona görə də universitetə giriş  və yaxud da çıxış üçün başqa yol tapılmalıdır.

2 Cavab to “Dar cığıra məhkum edilmiş tələbə kütləsi”

  1. Etiraz etmek qabiliyyetine sahib olmaq yaxsidir, amma her seye, gerekli gereksiz, etiraz etmek mentiqsizdir. Sadece movcud iqtidari sevmediyi ucun bir neferin bele bir yazi yazmasi hec bir mentiqe uygun deyil. Sozum meclisden kenara, amma bunu terefdari oldugun bir siyasi partiya etseydi eminem ki sesin de cixmacaqdi. Amma YAP hakimiyyeti etdiyi ucun her sey daha ferqli olur.

    Hormetle, E.O


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: