Punhan İmam`s Blog
Ölülər…

Kor dunyam


Dünyaya  ağlayaraq  gələn,  lakin  sevinclə  qarşılanan  bir körpə,  yeni bir sakin.  Kim  bilirdi ki, onu  sonrakı  həyatında  nələr  gözləyir ?  Kimlərin  həyatına gəldiyini,  valideyinlərin  necə  insan  olduğunu  bilməyən  günahsız,  adı  hələ qoyulmamış  bir körpə  idi  “O”.

Onun  da  haqqı  vardı  yaşamağa,  yaratmaq  üçün.  O da  hər  kəs  kimi dünyanı  dərk etmək  istəyirdi,  olduğu  kimi.  Amma,  hansı  dünyanı ?

Kim  olacaqdı,  kimə  bənzəyəcəkdi ?   Bəlkə,  varlı bir insan,  ya da  yoxsul bir dilənçi  olacaqdı.  Bəlkə,  oğru olacaqdı,  kimlərinsə malına bais olan.

Bəlkə də…

Sanki,  hiss  etmişdi  necə bir  dünyaya  gəldiyini.  Bəlkə də  “O”  ürəyinin dərinliyində  gələcəyi  görürdü.  Çox  qayğılı  görünürdü  elə ilk  gündən.  Bəlkə də bizləri  tanımadığından  heç kimə tərəf  baxmırdı. Yəqin o da  küsmüşdü  bizdən.

Günlər  kimlər  üçünsə  öz  axarında  gedirdi.  Körpə  isə  narahat görünürdü. “O”-nun  xarakteri  heç kimə  bənzəmirdi.  Valideyinləri  anlamırdılar  ki,  təzəcə dünyaya  gəlmiş  körpə  nədən  inciyə  bilər  ki ?

Onların  bircə  ümidləri  vardı,  səbr  etmək.  Ən  son  məqama qədər gözləmək, başqa  çarələri  yox  idi.

Günlərin  birində,  gecə  vaxtı  körpə  ağlamağa  başladı,  qorxulu  bir səslə. Nə  üçün  ağlayırdı,  görəsən ?   Axı, ac  deyildi.  Qaranlıqdan  mı  qorxmuşdu, yoxsa  yanında  heç kimi  görmədiyindən  mi  ağlayırdı ?   Anasının  ürəyi  xəstə idi,  elə  xəstə  ürəyində də  cavabını  bilmədiyi  suallar  vardı,  körpəsinin  bu cür davranışına.  Bir az  keçmişdi  ki,  anasının  nəfəsini  hiss  etmişdi  körpə, sakitləşmişdi  artıq.

Sanki, “O”-da  körpə  ikən  böyümüşdü.  Artıq  həyatı da  dərk  edirdi. Dünyaya  gəlişindən  “O”-da  ürəyində  əzab  çəkirdi,  bu günə  qədər heç olmamış kimi.  Anasından  bircə  fərqi  vardı  körpənin.  Yalnız,  gecələri  duya bilirdi,  dərk edə  bilirdi.

“O”-nun  bu  dünyadan  istəyi  nə idi,  görəsən ?

Bir  həyat mı istəyirdi, verilmişdi.  Onu  böyüdəcək  anası da  vardı.

Axi  nə  istəyə  bilərdi  ki ?

Sabah  yenicə  açılırdı.  Axşamdan  yata  bilməyən  ana  övladını  almaq üçün  yaxınlaşdı  beşiyinə.  Bu  dəfə  körpəsini  tamam  başqa  cür  gördü, təəccübdən  sarsılmışdı  ananın  ürəyi.  Körpənin  qəribəliyi  elə özü  kimi gözlənilməz  olmuşdu.  Anası  əvvəlcə  oyatmaq  istəmədi  körpəsini.  Lakin içindəki  bir  səs  ona  “ indi  yalnız  qalan  körpənə  yaxınlaş.  “O”  sizlərin  bir parçasıdır.  Çəkinmə” – deyirdi.  Ana  övladına  yaxınlaşırdı,  içindəki  şübhələrlə.

Körpə  sağ  əli  ürəyinin  üstündə,  çılpaq  şəkildə  yatmışdı,  beşiyində. Həmişəkindən  fərqli  bir  formada.  Lakin,  anası  “O”- nu  qollarına  aldıqda  hiss etdi  ki,  nəfəsi  gəlmir.  O an  dünya  dar  gəlirdi  ana  üçün.  Kaş  övlad  acısını yaşamazdı, körpəsi onu tək qoymuşdu  “O”-na olan  ümidləri  ilə  birlikdə.

Bu  qədər  böyük  dünyada  bir  körpə də  nəfəs  almaq  istəmədi.

Çox  darıxmışdı,  gəldi,  biganəlik  gördü. “O”- na  verilən  pay,  sadəcə,  qaranlıq oldu.  Nə  gördüsə də  qaranlıqda  gördü.

Övladı  qollarında  idi,  bağrına  basmışdı  “O”- nu,  doymadan  körpəsinin qoxusunu  alırdı, körpəsi  hara  gedəcəkdisə  onunla  getmək  istəyirdi  ən  sonda.

Bir  anlıq  ananın  bütün diqqəti  övladının  əlinə  yönəlmişdi.  O  da  ürəyində ağlamaq  istəyirdi,  övladına  bənzəmək  üçün,  amma  bacarmırdı.  Gözləri dolmuşdu,  qara  buludlartək,  ildırımlar  çaxırdı  həmin  an  sanki onun gözlərində.

Sonradan  anlayacaqdı  ki,  övladı  heç də  onlardan  küsməmişdi.  Dünyadan küsmüşdü,  qaranlıqdan  küsmüşdü.  “O”  anlamışdı ki,  valideyinləri  olan  yer elə həmişə  qaranlıqdır.  Burada  gündüzlər  də  elə  zülmətin  özüdür.  Özünə  bu qaranlıq  dünyada  yer  tapa  bilməyib  gəlişinin  birinci  ayındaca  tərk  etdi  onu sevənləri,  əbədi  olaraq.

Körpə  əlini  nə üçün  ürəyinin  üstünə qoymuşdu?

Danışa  bilsəydi  ən son  olaraq  deyəcəkdi  ki,  “ nə  üçün  məni  öz qaranlıq dünyanıza  gətirdiniz,  mən  sizə  bənzəmək  istəmirdim  axı ?   Gəldim, bu qaranlıq  dünyaya  qonaq  kimi,  amma  nədənsə  qaranlıq  idi  hər  tərəf.  Hamınız məndən  gizlənirdiniz,  sanki  məni  görmək  istəmirdiniz.  İndisə  gedirəm.  Mən getsəm  də  bu  körpə  ürəyim  sizinlə  qaldı,  qaranlıq  dünyanızda.  İstədim onu da özümlə  aparım,  amma  bacarmadım.”

Gəldiyi  dünyanı  qaranlıq  görən  körpə,  beləcə  bu  dünyaya daha  baxmaq istəmədi. Gəldiyi  dünyanı  kor  bilib  başqa  bir  yerə  getdi.

“O”-nun  gözlər i kor idi,  heç  kimi  görmürdü,  bəlkə də  görmək  istəmədi. Dünyaya  gəldiyi  kimi də  getdi,  bax,  bunu  heç kim  gözləmirdi.

Bir  körpənin  gözündə  nur  yoxdursa,  işıqlı  dünyanı  zülmət  görəcəksə  inanmaq çətindir  ki,  “O”,  dünyaya  gəlişindən  razı qalsın.

Baba  Yaşaroğlu

babayasharoglu@yahoo.com

Cavab yoxdur to “Kor dunyam”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: