Punhan İmam`s Blog
Ölülər…

Atalar demişkən “Tələsən təndirə düşər”Yoxsa?


Atalar öz dövrlərində deyiblər “Tələsən təndirə düşər”.Amma bu atalar sözü bu gün keçmir.Düşməli yerlər təndirlərdən daha çoxdur.Şəhərdə hərüç kanalizasiya quyusundan birinin qapağı yoxdur.Kiminin maşını bu quyulara düşür kiminin uşağı.Bu problem isə hələdə öz həllini tapmır.Daha doğrusu problemi həll etməli olan məsul şəxslər üçün maraqlı deyil.Bir neçə ay bundan əvvəl facebookda belə bir status paylaşdım “TƏLƏSƏN KANALİZASİYA QUYUSUNA DÜŞƏR” .Virtual dostlarımdan bir neçəsinin xoşuna gəlsədə bir dostum etiraz etdi.Dedi:bizim şəhərdə son zamanlar abadlıq işləri intensivləşib odur ki bizdə bu problem yoxdur.Soruşdum:hansı məmləkətdənsən?Cavab verdi:Naxçıvandan.Dedim:Qardaşşşşşşşşşşşşşşşşşşşşşşş… rus demişkən “tenboli”.Axı sən təndirə düşə bilmərsən.Eşitdiyimə görə sizin diktator hamının həyətindən təndirləri götürtdürüb.Çox heyif dostumla söhbətim yarımçıq qaldı konturum qurtardı internetdən ayrıldım.Nə isə qayıdım quyu probleminə.5-6 gün bundan əvvəl bir hadisənin şahidi oldum.Mikrarayonların birində qapağı olmayan bir kanalizasiya quyusu var.Həmin rayonun mənzil istismar idarəsinin işçisi uzun bir şallaq gətirib salladı quyunu içərisinə.Hardasa şallağın metryarımlıq hissəsidə çöldə qaldı. Başınada bir qırmızı lent bağladı.Gələn adamlar keçən maşınlar şallağı görəndə bilirdilər ki burda ağzı açıq quyu var.Elə bil İsgəndəriyyə mayakıdır.Buda problemin həlli yolunda irəliləyişdir qiymətləndirmək lazımdır.

2 Cavab to “Atalar demişkən “Tələsən təndirə düşər”Yoxsa?”

  1. O qabaqları ogurlayib “metalloma” verən, nəticəsini düşünməyən insanlar var. Onun bir yolu var ki, fəvvarələr meydanında olan kanilazasiya qabaları kimi qapaqlar qoyulsun. Yəni həmin qabaqlar yerə bərkidilsin. Yoxsa gündə gətirib ora qapaq qoysan yenə oğurlayıb aparıb satacaqlar. Liftin motorunda olan mis dolağı oğurlayan, qabağına çıxan mənzilə gedən qazı əli dinc durmayıb “tənzimləyən” və nəticədə həmin mənzildə partlayış ola biləcəyini bilə-bilə müvəqqəti “həzz” almaq üçün buna şüurlu surətdə yol verən. Avtomobilləri bilmirəm hansı məntiqlə cızan və bundan həzz alan adamlar var. Kanalizasiya qabaqlarını götürüb satanlarla eyni şüur səviyyəsində olan xeyli insan var bizim cəmiyyətdə…


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: