Biz çox xoşbəxt xalqıq.İllərdir xoşbəxt yaşayırıq.İlk dəfə xoşbəxt olmağa 69-cu ildən başladıq vəxeyli müddət xoşbəxt yaşadıq.Sonra 92-93 –cü illərdə xoşbəxtliyimizi əlimizdən almağ istədilər,amma alınmadı,yenidən xoşbəxt yaşamağa başladıq.Xoşbəxtliyimiz bu gün də davam edir.Niyə də xoşbəxt olmuyaq ki.Xoşbəxt olmağımız üçün xeyli səbəblərimiz var.
Biz xoşbəxt olmalıyıq ,çünki təhsilin səviyyəsi ildən ilə aşağı düşür,ixtisas qruplarında keçid balı 150-yə düşüb artıq.2-3 ildən sonra 0-a enəcək və hamı orta məktəbi bitirib qəbul imtahani vermədən birbaşa analoqu olmayan universitetlərimizə daxil olacaq.
Biz xoşbəxt olmalıyıq,ona görə ki ,xalq 85 manat maaşla ayın sonuna kimi necə dolanacağını fikirləşəndə bir gecəyə 60 min dollar şot verib yeyib-içən oğlanlarımız var.
Biz xobəxt olmalıyıq ki,hər gün əsgər ölür,öldürülür,orqanları satılır,məhkəmələr bu cinayətləri ört-basdır edir.
Biz xoşbəxt olmalıyıq ki,bizə mitinq üçün şəhərdən xeyli kənarda yer verirlər və mitinq günü o əraziyə gedən marşrutları dayandırırlar.Belə olanda şəhərin mərkəzində insanların istirahətinə maneə yaranmır və onlar xoşbəxt istirahət edirlər.
Biz xoşbəxt olmalıyıq ki,rüşvətin olmadığı ölkədə rüşvət verib 10 milyona iki qızıl medal almaq fikrinə düşə bilirik.Və sonra arsız-arsız müsahibə veririk ki,orda ele şey qeyri mümkündür.Zatən orda elə şey mümkün olsaydı fırıldağınızın üstü açılmazdı.
Biz xoşbəxt oolmalıyıq ki,bizim bütün Avropanı lərzəyə gətirən,ordakı problemləri işıqlandıran,Avropadakı hökümətləri istefaya göndərə biləcək gücü olan Aztv kimi dövlət televiziyamız var.
Biz xoşbəxt olmalıyıq ki,bizim ölkədə jurnalistər peşə fəaliyyətinə görə təqib edilir,şantaj edilir,öldürülür.Dini baxışına görə adam öldürülür.